xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:25 – Prezident onu icra başçısı təyin etdi - Sərəncam 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:30 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR 

Türkiyə–Ermənistan sərhədi açılır

7-04-2026, 09:00 8 dəfə baxılıb



Türkiyə və Ermənistan arasında onillərlə bağlı qalan sərhədlə bağlı yeni gəlişmə var.

“Deutsche Welle”nin məlumatına görə, Türkiyə ilə Ermənistan arasında uzun illərdir bağlı olan sərhəd yaxın aylarda açıla bilər.

Məlumata əsasən, Alican-Akyaka sərhəd-keçid məntəqələrinin fəaliyyətə başlaması üçün Ermənistan tərəfi hazırlıqları artıq tamamlayıb, Türkiyə isə son mərhələdədir. Qeyd olunur ki, sərhəd 1993-cü ildən bağlıdır və bu addım iki ölkə arasında münasibətlərdə ciddi dönüş nöqtəsi ola bilər.

Məlumata görə, Ermənistan Türkiyənin şərq vilayətləri ilə də sərhədin açılmasına böyük ümidlər bəsləyir.

Sərhədin açılması Ermənistanın baş naziri Nikol Paşinyan üçün mühüm siyasi üstünlük hesab olunur. Əgər bu proses parlament seçkilərindən (iyun) əvvəl baş tutsa, bu, onun mövqelərini gücləndirə bilər.

Hazırda iki ölkə arasında ticarət Gürcüstan üzərindən həyata keçirilir və illik dövriyyə 300–350 milyon dollar civarındadır. Türkiyə-Ermənistan İş Şurasının rəhbəri Kaan Soyak hesab edir ki, birbaşa əlaqə qurulacağı təqdirdə bu rəqəm 1 milyard dollara qədər arta bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi