xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

ABŞ-ın ələ keçirdiyi gəmi Çindən İrana nə aparırdı? - Açıqlanır...

20-04-2026, 10:00 5 dəfə baxılıb




ABŞ blokadasını pozmaq cəhdi zamanı Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilən İran yük gəmisi "Touska" Çindən İrana gedirmiş.

"The Washington Post" qəzeti xəbər verir ki, Kpler analitik şirkətinin məlumatlarına əsasən təxminən 4800 ədəd 20 futluq konteyner daşıya bilən "Touska" Çinin Çjuhaydakı Qaolan limanından yüklə qayıdırmı.. Ekspertlər "The Washington Post"a bildiriblər ki, bu, İranın raket proqramı üçün ehtiyac duyduğu bərk raket yanacağının əsas komponenti olan natrium perxlorat da daxil olmaqla kimyəvi maddələrin yüklənməsi üçün məlum bir limandır. Lakin hələlik gəmidə hansı materialların olduğu məlum deyil.

Nəşrin yazdığına görə, "Touska" ABŞ-ın əvvəllər Tehranın ballistik raket proqramı üçün materiallar almaqda ittiham etdiyi İran gəmiçilik şirkətinə məxsusdur.

ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) öz növbəsində bildirib ki, "Tuoska heyəti altı saat ərzində dəfələrlə dayanmaq əmrinə tabe olmadıqdan sonra, USS Spruance esminesi gəmidəkilərə mühərrik otağını tərk etməyi əmr edib və sonra 5 düymlük MK 45 topundan bir neçə atəş açaraq mühərriki sıradan çıxarıb": "31-ci Ekspedisiya Batalyonunun ABŞ dəniz piyadaları daha sonra blokadanı pozan gəmiyə miniblər və gəmi hazırda ABŞ-ın nəzarəti altındadır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi