xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı

14-04-2026, 09:00 8 dəfə baxılıb



Türkiyədə tütün məhsullarının satışı ilə bağlı radikal qərar gündəmdədir.

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) hazırladığı qanun layihəsinə əsasən, ölkədə siqaret və digər tütün məhsullarının satışı 2040-cı ildən tam şəkildə qadağan edilə bilər. Layihə hələ qəbul olunmayıb, lakin parlamentə təqdim olunması gözlənilir.

Sənədə əsasən, qadağalar təkcə adi siqaretləri deyil, həm də elektron siqaretləri, qızdırılan tütün sistemlərini və nikotin tərkibli digər məhsulları əhatə edəcək. Hətta siqareti təqlid edən, lakin tütün tərkibli olmayan məhsullar da məhdudiyyətlərə daxil ediləcək.

Layihəyə görə, qadağa mərhələli şəkildə tətbiq olunacaq. İlk mərhələdə ictimai yerlərdə siqaret çəkilməsinə qoyulan məhdudiyyətlər genişləndiriləcək. Bundan əlavə, tütün məhsullarının yalnız nağdsız ödənişlə satılması təklif olunur.

Qanun qəbul edilərsə, 2040-cı il yanvarın 1-dən etibarən tütün məhsullarının istehsalı, idxalı və satışı qadağan olunacaq. Qaydaları pozanlara isə 1 milyon lirədən 5 milyon lirəyədək cərimə tətbiq ediləcək.

Statistikaya görə, Türkiyədə əhalinin təxminən üçdə biri tütün istifadəçisidir. Bu isə ölkəni Avropada siqaret istifadəsinin yüksək olduğu dövlətlərdən birinə çevirir. Xüsusilə hamilə qadınlar arasında siqaret istifadəsinin 8-12 faiz arasında dəyişməsi diqqət çəkir və bu göstərici dünya ortalamasından xeyli yüksək hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi