xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?

3-04-2026, 10:43 6 dəfə baxılıb

Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?


Məlum olduğu kimi, 2026-cı ilin aprelin 1-dən etibarən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, satış məqsədilə saxlanılması və istifadəsi qadağan olunur. Bununla əlaqədar müvafiq cərimələr də müəyyənləşib, belə ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də üçüncü oxunuşda qəbul edib.

“Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək. Bundan əlavə, elektron siqaretlərdən ictimai yerlərdə istifadə edənlər 30 manat cərimə ediləcəklər.

Bəs elektron siqaretlərə tətbiq edilən qadağa alışdırılmadan nəfəsə çəkilən IQOS kimi digər nikotin və tütün məhsullarına da şamil edilirmi?

Mövzu ilə bağlı Azərbaycanda nikotin məhsullarının satışı ilə məşğul olan “Tabar” mağazalar şəbəkəsinin satış üzrə direktoru Tural Hacızadə Musavat.com-a bildirib ki, qızdırılan tütün məmulatları ilə elektron siqaretlər tamamilə fərqli kateqoriyalardır və qadağa yalnız elektron siqaretlərə aiddir: “Tütün və tütün məmulatı haqqında qanuna edilən müvafiq dəyişikliklərə görə qızdırılan tütün məmulatları və elektron siqaretlər iki fərqli kateqoriya kimi müəyyən edilmiş və qadağanın yalnız elektron siqaretlərə aid olduğu açıq şəkildə qeyd edilib”.

Qeyd edək ki, elektron siqaretlərin və qızdırılan tütün məmulatlarının tərkibi də fərqlidir. Elektron siqaretlər tərkibində nikotin olan və ya olmayan mayenin qızdırılması nəticəsində əmələ gələn buxarın nəfəslə çəkilməsi ilə istehlak olunur. Qızdırılan tütün məmulatları isə həqiqi tütünü, yəni tütün çubuğunu qızdıraraq aerozol əmələ gətirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi