xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək

3-04-2026, 11:38 6 dəfə baxılıb

Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək


Əgər Trampın eskalasiyası davam edərsə, Ermənistanın daxili proqramları da problemlərlə üzləşəcək.

Bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami erməni mediasına açıqlamasında deyib.

"Ümid edirik ki, bu, uzun sürməyəcək. Lakin hesab edirik ki, bu avantüra davam edərsə, ölkənizin daxili proqramları da müəyyən problemlərlə üzləşəcək", -iranlı diplomat İrəvana xəbərdarlıq edib.

Səfir Şirqolami vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, Trampın sənaye və enerji infrastrukturuna edilən hücumları müharibə cinayətləridir və o gələcəkdə bunnlara görə cavab verilməli olacaq.

"İran bütün ssenarilərə hazırdır. Bu vaxta qədər dözümlülüyümüzü nümayiş etdirmişik, eyni ruhda davam etməyə hazırıq və artıq həm ABŞ-a, həm də İsrailə ciddi zərbələr endirmişik.
Həm Avropada, həm də NATO-da ABŞ-ın ən yaxın müttəfiqləri bunun axmaq bir müharibə olduğu fikrini bildiriblər və onlar orada iştirak etməyə hazır deyillər”, - Xəlil Şirqolami vurğulayıb.
Tehranın Tramp marşrutu (TRIPP) ilə bağlı mümkün narahatlıqları ilə bağlı sualı cavablandıran səfir bildirib ki, biz bu məsələ ilə bağlı əvvəlcədən fikir bildirmək və ya nəticə çıxarmaq istəmirik. "Biz bu barədə əvvəllər də fikrimizi bildirmişik və Ermənistanın tranzit marşrutu kimi potensialının inkişaf etdirilməsinə qarşı olmadığımızı bildirmişik. Həmçinin Ermənistan hakimiyyəti ilə blokadanın qaldırılması, Şimal-Cənub marşrutu və Qara dənizlə Fars körfəzini birləşdirmək məsələlərini müzakirə etmişik. Həmçinin bunun təhlükəsizlik problemləri yaratmaması ilə bağlı narahatlığımızı da ifadə etmişik", - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi