xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

İran ABŞ-la danışıqları təsdiqlədi

14-01-2026, 14:01 4 dəfə baxılıb

İran ABŞ-la danışıqları təsdiqlədi


İran ABŞ-la danışıqlara hazırdır, lakin onlar qarşılıqlı hörmətə əsaslanmalı və əsas elementar prinsiplərə riayət etməlidir.

Bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami deyib.

Diplomat İranın xarici işlər naziri Abbas Araqçinin son iki gün ərzində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkovla danışıqlar apardığını təsdiqləyib.
İranlı diplomat danışıqların Körfəz ölkələrindən birinin vasitəçiliyi ilə həyata keçirildiyini bildirib.

Şirqolami vurğulayıb ki, Tramp hər gün yeni bir şey deyə bilməz: “O, qərar verməlidir. Əgər o, qarşılıqlı hörmətə əsaslanan real danışıqlar aparmaq istəyirsə, İran hazırdır".

“Axios” nəşri isə bir müddət əvvəl yazıb ki, İranın xarici işlər naziri Abbas Arağçı ABŞ prezidentinin İrana qarşı hərbi güc tətbiq etməklə bağlı təhdidləri fonunda həftəsonu Trampın xüsusi elçisi Stiv Uitkovla əlaqə saxlayıb .

Tramp isə bir neçə gün əvvəl İranın rəhbərliyinin ABŞ ilə əlaqə saxladığını və nüvə sazişini müzakirə etməyi təklif etdiyini bildirib. "Biz onlarla görüşə bilərik. Görüş təşkil olunur, amma baş verənlərə görə görüşdən əvvəl hərəkətə keçməli ola bilərik", - Tramp deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi