xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Trampdan QALMAQALLI AÇIQLAMA: "Makron çənəsinə dəyən zərbədən özünə gələ bilmir!"

2-04-2026, 15:30 9 dəfə baxılıb



ABŞ prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronun ailə münasibətləri və xanımı Bricit Makron haqqında qalmaqallı açıqlamalar verib.

Tramp Fransa prezidentinin həyat yoldaşı tərəfindən "çox pis" rəftara məruz qaldığını iddia edib.

Ağ Ev rəhbəri bildirib ki, Makron hələ də xanımının "çənəsinə endirdiyi zərbənin" təsirindən qurtula bilməyib:

"Mən Fransaya, Makrona zəng edirəm. Xanımı onunla hədsiz dərəcədə pis rəftar edir. O isə hələ də çənəsinə dəyən zərbədən sonra özünü bərpa etməyə çalışır. Mən ona deyirəm: "Emmanuel, biz Fars körfəzində rekordlar qırmağımıza, pis adamları və ballistik raketləri məhv etməyimizə baxmayaraq, kiçik də olsa bir kömək almaqdan şad olardıq. Əgər imkanınız varsa, dərhal bura gəmilər göndərə bilərsiniz?"

Trampın sözlərinə görə, Fransa lideri bu müraciətə rədd cavabı verib:

"O mənə dedi ki, "Xeyr, xeyr, xeyr, Donald. Bunu edə bilmərik. Biz bunu ancaq müharibə başa çatandan və qələbə qazanıldıqdan sonra edə bilərik". Mən isə cavabında bildirdim ki, xeyr, Emmanuel, müharibə udulandan sonra mənə sənin köməyin lazım olmayacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi