xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

Tramp-Makron "qol güləşinin sirri" bilindi: Məni incitdin! - Video

15-10-2025, 15:30 43 dəfə baxılıb

Tramp-Makron "qol güləşinin sirri" bilindi: Məni incitdin! - Video


Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzza Sülh Sammitinə dünyanın müxtəlif ölkələrindən liderlər qatılıb. Sammitdə liderlərlə görüşən ABŞ prezidenti Donald Trampın Fransa prezidenti Emmanuel Makronla 26 saniyəlik əl sıxışması fotosessiya zamanı kameralara tuş gəlib.

Tramp və Makronun 26 saniyə qol güləşi keçirdikləri anın, əslində, mübahisə olduğu anı dodaq oxucusu üzə çıxarıb.

Britaniyanın “The Mirror” qəzeti dodaqdan oxuyan Nikola Hiklinqin yazdığı transkripsiyanı dərc edib.

Tramp: "Sizi görməkdən məmnunam, razılaşdınız"
Makron arxasını kameraya çevirib nəsə deyəndə Tramp dedi: “Səmimisən?”
Makron: "Əlbəttə"
Tramp: "Yaxşı, bəs niyə, bilmək istəyirəm, sən məni incitdin, mən onsuz da bilirəm. Mən sülh yaradıram"
Makron Trampın əlinə toxunaraq “Bağışlayın” deyir və əlini çəkməyə çalışır, lakin Tramp Makronun əlini daha da sıxır.
Makron: "Gəlin bunu bağlı qapılar arxasında həll edək"
Tramp: “Mən ancaq başqalarına zərər verirəm”
Makron: “Başa düşürəm, biz bunu görəcəyik, siz də nə olacağını görəcəksiniz”
Tramp: "Mən sizin bunu etdiyinizi görmək istərdim, bunu edin və bir azdan görüşərik".

Qeyd edək ki, Misirdəki sammitdə təkcə Tramp deyil, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Makron arasında belə bir durum yaşanıb.

Ərdoğan Makronun əlini uzun müddət sıxdı və buraxmadı. Hətta Makronu özünə tərəf çəkdi. Sonda Makron ondan da üzr məqsədilə Ərdoğanı qucaqlayaraq öpdü.

Onu da qeyd etmək yerinə düşər ki, sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də buna bənzər durum yaşandı. Bu isə o demək idi ki, Makron Azərbaycana qarşı sərgilədiyi yanlış mövqeyini dərk edir və münasibətlərdə yeni səhifə açmaq istəyir mesajını verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi