xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:03 – Prezident mühüm SƏRƏNCAM İMZALADI 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

ABŞ və İsrail İranın bu 2 rəsmisini sui-qəsd siyahısından çıxarıb

26-03-2026, 10:58 6 dəfə baxılıb

ABŞ və İsrail İranın bu 2 rəsmisini  sui-qəsd siyahısından çıxarıb


ABŞ və İsrail İranın iki yüksək vəzifəli məmurunu müvəqqəti olaraq sui-qəsd hədəfləri siyahısından çıxarıblar.

Bu barədə “The Wall Street Journal”ə amerikalı rəsmilərə istinadən yazıb.

"ABŞ Prezidenti Tramp müharibəyə son qoymaq üçün yüksək səviyyəli danışıqlara qapı açdığı üçün İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi dörd-beş günə qədər hədəf siyahısından çıxarılıb", - nəşr yazıb.

Nəşr yazıb ki, Türkiyə, Pakistan və Misirdən olan vasitəçilər ABŞ və İran danışıqları aparanları arasında sülh danışıqları üçün müharibənin dayandırılmasını müzakirə etmək məqsədilə görüş keçirilməsini tələb ediblər, lakin rəsmilər ABŞ və İran tələbləri arasında əhəmiyyətli fərqlər olduğundan uğur şanslarının az olduğunu bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi