xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 17:54 – İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub 
  • 11:08 – İlham Əliyev onları təltif etdi 
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 11:24 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 

Bolton: İranda generallardan ibarət hərbi hökumət yaradılacaq

Bugün, 11:15 2 dəfə baxılıb

Bolton: İranda generallardan ibarət hərbi hökumət yaradılacaq


Müctəba Xamenei ABŞ və İsrail üçün hərbi hədəfdir, SEPAH-ın iştirakı olamdan nizami ordu generallarından ibarət hökumət yaradılacaq.

İranın yeni ali rəhbəri vəfat edərsə və ya ölkəni idarə etməyə davam edə bilməsə, bu, mövcud sistemin çökməsinə səbəb ola bilər.

Bunu Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

"Hamı düşünürdü ki, Ayətullah Əli Xameneinin ölümündən sonra varislik böhranı yaranacaq, çünki inqilabdan bəri yalnız bir varislik olub və o, İslam Respublikasının ikinci ali rəhbəri olub. İndi biz varislik böhranını sürətləndirdik və Müctəba Xameneinin seçilməsi onların düşdüyü vəziyyətin mürəkkəbliyini göstərir. Əgər Müctəba Xamenei ölərsə və ya ölkəni idarə etməyə davam edə bilməsə, yeni bir varislik böhranı yaranacaq. Bu an gələndə, hətta avtoritar rejimi də çox tez bir zamanda devirmək olar", - Bolton deyib.

Yeni rəhbər Müctəba Xameneinin artıq təslim olmağı rədd etdiyini və İrana qarşı müharibənin qisasını alacağını vəd etməsinə gəldikdə Con Bolton deyib ki, o artıq ABŞ və israilin hərbi hədəfi olacaq.

"O, hazırda baş komandan və hökumətinin qalan hissəsi kimi qanuni hərbi hədəfdir. Düşünmürəm ki, İranın təslim olması burada bir seçim olmalıdır. Mənim fikrimcə, məqsəd rejimin süqutu olmalıdır və yaxın gələcəkdə ən çox ehtimal olunan nəticə İranın nizami ordusu generallarından ibarət hərbi hökumətin yaradılması olacaq. Təkrar edirəm, SEPAH generalları deyil, ölkədəki bu qeyri-sabit vəziyyətdə nizam-intizamı bərqərar edəcək və sonra İran xalqına gələcək konstitusiya hökumət modelini müəyyən etmək üçün məsləhətləşmə prosesində iştirak etməyə imkan verəcək nizami silahlı qüvvələr. Düşünürəm ki, bu halda onlarla əlaqə qurmaq mümkün olacaq", - Bolton deyib.

Bolton eyni zamanda İranaın parçalanmasının əleyhinə çıxıb. “ABŞ və İsrailin hələlik İranı bölmək planı yoxdur; İranın ərazi bütövlüyü qorunmalıdır. İran ölkədə rejimdən son dərəcə narazı olan çoxsaylı etnik qrupların olması ilə xarakterizə olunur. Mən bu etnik qruplar istəsələr, onlara kömək göstərilməsini müdafiə edirəm.

Amma bizim mövqeyimiz belə olmalıdır ki, ayətullahların devrilməsindən sonra İranın bütün ərazisinə nəzarət edəcək və ölkənin ərazi bütövlüyünü indiki formada qoruyacaq bir hökumət formalaşdırmaq lazımdır”, - Bolton qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi