xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Son Dəqiqə: İranın daxilində əməliyyatlar başladı

11-03-2026, 10:06 7 dəfə baxılıb

Son Dəqiqə: İranın daxilində əməliyyatlar başladı


Çərşənbə axşamı İranın xüsusi xidmət orqanları casusluq və “düşmənlə əməkdaşlıq” ittihamı ilə 30 nəfəri, o cümlədən bir xarici ölkə vətəndaşını həbs edib.

IRNA məlumatına əsasən, şübhəlilər İranın Kəşfiyyat Nazirliyi tərəfindən saxlanılıb və rəsmi şəxslərin sözlərinə görə, onlar “Amerika və sionist düşmən”lə əlaqəli olan “casuslar, operativlər və mediada çalışan muzdlu şəxslər” kimi qiymətləndirilir.

İran rəsmilərinin bildirdiyinə görə, saxlanılanlardan biri – kimliyi açıqlanmayan xarici vətəndaş – ABŞ və İsrail adından Fars körfəzi regionunun iki ölkəsinin xeyrinə casusluqda ittiham olunur.

Nəşrin yazdığına görə, həmin şəxs İranın şimal-şərqində yerləşən Xorasan-Rəzəvi vilayətində saxlanılıb. Rəsmi versiyaya əsasən, o, ölkənin silahlı qüvvələri və təhlükəsizlik strukturları barədə məlumat toplayaraq bunu Fars körfəzində yerləşən iki dövlətə ötürürmüş, həmin ölkələr isə məlumatları Vaşinqton və İsraillə bölüşürmüş.

IRNA-nın məlumatına görə, saxlanılanlardan daha biri İranın cənub-şərq sərhədində fəaliyyət göstərən silahlı qruplaşma ilə əlaqədə olub və hərbi qüvvələrin və təhlükəsizlik strukturlarının mövqeləri, hərəkəti, eləcə də müdafiə obyektləri barədə kəşfiyyat məlumatları toplayıb.

Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat bölməsi də “düşmən qüvvələri” ilə əməkdaşlıqda ittiham olunan 10 nəfərin saxlanıldığını açıqlamışdı. Bildirilir ki, onlar strateji əhəmiyyətli obyektləri lentə alaraq videoları xarici mediaya göndəriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi