xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

İran raketlərini ABŞ bazalarına tuşlayıb, hazırlıq başlayıb - The New York Times

18-06-2025, 09:46 3 dəfə baxılıb

İran raketlərini ABŞ bazalarına tuşlayıb, hazırlıq başlayıb - The New York Times


İran artıq ABŞ-ın bölgədəki hərbi bazalarına zərbə endirmək üçün raketlərini hazırlayıb.

"The New York Times" xəbər verir ki, Vaşinqton İsraillə İran arasında münaqişəyə qoşulacağı təqdirdə, Tehranın bu addımı atacağı gözlənilir. Nəşr qeyd edir ki, mümkün hücumlar səbəbindən bölgədəki Amerika qoşunları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Məlumata görə, ABŞ Avropaya təxminən 30 yanacaq dolduran təyyarə göndərib. Bu təyyarələr ya Amerika bazalarını qoruyan qırıcıları dəstəkləmək, ya da İranın nüvə obyektlərinə ehtimal olunan hücumlarda iştirak edəcək bombardmançıların uçuş məsafəsini artırmaq üçün istifadə oluna bilər.

Mənbələrin bildirdiyinə görə, əgər Vaşinqton İsrailin hərbi əməliyyatlarına qoşularaq İranın əsas nüvə obyektlərindən biri olan Fordoya zərbə endirsə, İranın dəstəklədiyi husilər çox böyük ehtimalla Qırmızı dənizdə gəmilərə qarşı hücumları bərpa edəcəklər. Rəsmi şəxslər əlavə edirlər ki, İraqdakı və Suriyadakı İran tərəfdarı qüvvələr də həmin ərazilərdə yerləşən Amerika bazalarına hücum etməyə cəhd göstərə bilər.

Bundan əlavə, İran hücum ediləcəyi təqdirdə Hörmüz boğazını minalamağa başlaya bilər. Bu, Amerika hərbi gəmilərini Fars körfəzində bloklamağa yönəlmiş bir taktika sayılır.

İki iranlı rəsmi bildirir ki, əgər ABŞ İsraillə müharibəyə qoşularsa, İran Yaxın Şərqdəki ABŞ bazalarına hücum edəcək və ilk olaraq İraqdakı bazaları hədəfə alacaq. İran həmçinin hücumda iştirak edən ərəb ölkələrində yerləşən Amerika bazalarını da hədəfə götürəcək.

Amerikalı rəsmilərin sözlərinə görə, İranın regiondakı ABŞ bazalarına hücum etməsi üçün əlavə hazırlığa ehtiyacı yoxdur. İran ordusunun raket bazaları Bəhreyn, Qətər və BƏƏ-yə asanlıqla çata biləcək məsafədə yerləşir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi