xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Araqçidən dünyaya qorxunc xəbərdarlıq: "Böyük neft krizinə və bahalaşmaya hazır olun"

11-03-2026, 09:15 5 dəfə baxılıb



Dünya enerji bazarlarında gərginlik son həddə çatıb və neftin qiyməti artıq 100 dolları keçib.

İranın xarici işlər naziri Abbas Araqçi öz "X" hesabında paylaşım edərək, Qərb ölkələrini və qlobal iqtisadiyyatı ağır neft krizi ilə hədələyib. Nazir ABŞ-ın "Epic Fury" (Epik Qəzəb) əməliyyatını "Epik Səhv" adlandıraraq, cəmi doqquz gün ərzində neft qiymətlərinin ikiqat artdığını və bütün əsas malların bahalaşdığını xatırladıb. Araqçinin sözlərinə görə, Vaşinqton İranın neft və nüvə obyektlərinə qarşı planlar qurmaqla böyük bir inflyasiya şoku yaratmağa çalışır, lakin Tehranın buna cavab olaraq hələ istifadə etmədiyi "çoxsaylı sürprizləri" var. Eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha sərt bəyanat yayaraq, Hörmüz boğazından "bir litr belə neftin" ixracına icazə verməyəcəklərini bəyan edib.

Hazırda strateji boğaz ətrafında tanker hərəkətliliyi 80% azalıb və 150-yə yaxın gəmi açıq dənizdə hərəkətsiz qalıb. ABŞ kəşfiyyatı isə İranın boğazın ən dar nöqtələrinə dəniz minaları döşəmək üçün hazırlıq gördüyünə dair görüntülər əldə edib ki, bu da beynəlxalq sığorta şirkətlərinin bölgədəki xidmətlərini tamamilə dayandırmasına səbəb olub. Ekspertlər xəbərdarlıq edirlər ki, əgər bu blokada davam edərsə, dünya iqtisadiyyatı müasir tarixin ən böyük enerji şoku ilə üz-üzə qalacaq və yanacaq qıtlığı qlobal miqyasda xaos yaradacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi