xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı

6-03-2026, 09:32 4 dəfə baxılıb

Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı


"Naxçıvanda mülki infrastruktura qarşı yönəlmiş hücum İranın yolverilməz təcavüz aktıdır".

Bu barədə Albaniyanın Baş naziri Edi Rama "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycan ərazisinə hücum, Naxçıvanda mülki infrastrukturun hədəfə alınması və dinc sakinlərin yaralanması İranın qonşu ölkələrə qarşı növbəti ciddi və yolverilməz təcavüz aktıdır. Bu ölkələrin yeganə "cinayəti" ondan ibarətdir ki, onlar dünyaya öz inkişafını, firavanlığını və açıqlığını nümayiş etdirərək, vətəndaşlarının həyatını yaxşılaşdırır, şər rejimi altında olan İranı daha da qaranlıq və kor edir", - deyə o yazıb.

Onun sözlərinə görə, Azərbaycan Albaniyanın dəyərli dostu və müttəfiqidir.

E.Rama vurğulayıb ki, Azərbaycan xalqı, eləcə də son günlərdə mənasız hücumlara məruz qalmış digər ölkələrin xalqları yalnız hörmətə və təhlükəsizliyə layiqdir. Onun sözlərinə görə, Tehrandakı cani rejimin dinc əhalini terrora məruz qoymaq cəhdləri pislənməlidir. Albaniyanın baş naziri dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırıb:

"Digər ölkələrin mülki infrastrukturu hədəfə alındıqda və suveren sərhədlər pozulduqda, təcavüzlə terrorçuluq arasındakı sərhəd itir. Məhz buna görə də sabitliyə, qaydalara əsaslanan beynəlxalq nizama və dinc yaşayışa inanan bütün dövlətlər, qurumlar üçün zorakılıq və qorxu yayan rejimdən sadəcə uzaqlaşmaq yox, həm də onun əslində nə olduğu barədə razılığa gəlməyin vaxtı çatıb - Terror Dövləti".

O qeyd edib ki, Albaniya Azərbaycanı, onun rəhbərliyini və xalqını qətiyyətlə dəstəkləyir:

"Bundan sonrakı yol aydın olmalıdır: təcavüz aradan qalxmalı, təcavüzkarlar isə birmənalı şəkildə pislənməlidir. Zorakılıq yolunu seçənlər sülh tərəfdarı olanların artan birliyi ilə üzləşməlidirlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi