xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

İsrailli politoloq: “Gəncə şəhərinin raketlə vurulması terror aktıdır”

12-10-2020, 10:23 53 dəfə baxılıb

İsrailli politoloq: “Gəncə şəhərinin raketlə vurulması terror aktıdır”


“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinin və onun dinc əhalisinin raket atəşinə tutulması Cenevrə Konvensiyasının hərbi əməliyyatlar zamanı mülki şəxslərin həyatını təhlükəyə atan hər hansı bir hücum və ya fəaliyyətini qadağan edən müddəalarının pozuntusundan başqa bir şey deyil”.
Oxu.az xəbər verir ki, bu sözləri israilli ekspert Mixail Finkel Vzglyad.az-a Gəncədə yaşayış binasına raket zərbəsi endirilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, konvensiyanın qəbul edildiyi və imzalandığı 1949-cu ildən bəri dünyanın bütün sivil ölkələri mülki şəxslərin həyatını təhlükəyə atmamaq öhdəliyini götürüblər.

“İnsanların gecə saatlarında evlərində dinc şəkildə yatdığı bir vaxtda onlara qəsdən və məqsədyönlü zərbələrin endirilməsi terrorizmin bir növüdür və beynəlxalq humanitar hüquq baxımından belə bir əmr verən, bu əmri icra edən hər kəs terrorçudur.

Bu hərəkət dünyanın bütün mədəni ölkələri tərəfindən qınanmalı və şübhəsiz ki, bu zərbənin arxasında dayananların hamısının məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi hüquqi instansiyalarda müraciət edilməlidir”, - deyə M.Finkel qeyd edib.

Azərbaycan Ordusu beynəlxalq hüququn bütün qanunlarına riayət edir və istər Dağlıq Qarabağda olsun, istərsə də Ermənistan ərazilərində mülki obyektləri məqsədli və qəsdən hədəfə almağa yönəlik hərəkətlər etməyi özünə rəva bilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi