xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

İran ağ bayraq qaldırır? - Gizli məlumat ÜZƏ ÇIXDI

5-03-2026, 09:24 4 dəfə baxılıb

İran ağ bayraq qaldırır? - Gizli məlumat ÜZƏ ÇIXDI


İranın sağ qalan rəhbərləri ABŞ prezidenti Donald Tramp ilə danışıqlardan imtina etdiklərini açıq şəkildə bəyan etsələr də, ABŞ və İsrailin ölkəyə qarşı hücumları başlayandan cəmi bir gün sonra İranın Kəşfiyyat Nazirliyinin əməkdaşları vasitəçilər üzərindən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) münaqişənin dayandırılması şərtlərini müzakirə etməyi təklif ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı The New York Times vəziyyətdən xəbərdar olan rəsmilərə istinadən yayıb.

Nəşrin məlumatına görə, təklif üçüncü bir ölkənin kəşfiyyat xidməti vasitəsilə ötürülüb. Bu barədə məlumatı Yaxın Şərq rəsmiləri və Qərb ölkələrindən birinin nümayəndələri anonim qalmaq şərti ilə bildiriblər.

Eyni zamanda, amerikalı rəsmilər – ən azı yaxın perspektivdə – Donald Tramp administrasiyasının və ya İranın böhrandan çıxış yolu axtarmağa həqiqətən hazır olduğuna şübhə ilə yanaşırlar.

Bununla yanaşı, belə bir təklif başqa bir sual da doğurur: İsrailin zərbələri nəticəsində rəhbər şəxsləri ardıcıl şəkildə məhv edilən və hazırda ciddi xaos yaşayan Tehrandakı hökumət adından ümumiyyətlə hansısa iranlı rəsminin atəşkəs razılaşması əldə etməsi mümkündürmü?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi