xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Tramp əvvəlcə generalın ölümünə icazə verməyibmiş

6-01-2020, 11:30 62 dəfə baxılıb

Tramp əvvəlcə generalın ölümünə icazə verməyibmiş

ABŞ Prezidenti Donald Tramp Pentaqonun və ABŞ kəşfiyyatının son məlumatlarına zidd gedərək İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin zərərsizləşdirilməsi əmrini verib.
“The New York Times” bu barədə Donald Tramp administrasiyasındakı mənbələrə istinadən informasiya yayıb.

Məlumata görə, hələ dekabrın 28-də ABŞ prezidenti Süleymaninin birbaşa məhv edilməsindən imtina edib, əvəzində isə dekabrın 30-da İraqın Suriya sərhədi yaxınlığındakı Əl-Qaim şəhərindəki şiə qrupu “Kataib Hizbullah”ın düşərgəsinə hücum əmri verib.
Bu qərar nəticəsində 25 nəfər həlak olub, 50 nəfər isə yaralanıb. Sözügedən hadisə ABŞ-ın Bağdaddakı səfirliyi yaxınlığında etiraz aksiyalarına səbəb olub.

Nəşr qeyd edir ki, dekabrın 30-da kəşfiyyat məlumatları Yaxın Şərqdə ciddi heç bir şeyin baş vermədiyini göstərib. Kəşfiyyat həmçinin, belə qənaətə gəlib ki, ABŞ səfirliyi yaxınlığında baş verən etirazlar gözlənilən olub. Belə bir məqamda Trampın Süleymaninin məhv edilməsi əmrini verməsi Pentaqon nümayəndələri üçün də gözlənilməz olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi