xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

SON DƏQİQƏ! İrana hücum tarixi açıqlandı: Dəhşətli hadisə belə planlanır - ŞOK GÖRÜNTÜLƏR

19-02-2026, 13:13 5 dəfə baxılıb



ABŞ ordusunun yaxın günlərdə İrana qarşı hərbi əməliyyata başlamağa hazır olduğu barədə məlumatlar yayılıb.

The New York Times nəşrinə istinadən xəbər verir ki, Pentaqonun Yaxın Şərqdə hava və dəniz qüvvələrini ciddi şəkildə artırdığı, əməliyyatın hətta həftə sonu başlaya biləcəyi bildirilir. Məlumata görə, qərar mərhələsində əsas söz ABŞ Prezidenti Donald Trampa məxsusdur.

ABŞ-ın bölgəyə onlarla yanacaq doldurma təyyarəsi və 50-dən çox əlavə döyüş təyyarəsi göndərdiyi qeyd olunur. Həmçinin “USS Abraham Lincoln” və “USS Gerald Ford” təyyarədaşıyan qruplarının Yaxın Şərq istiqamətində yerləşdirildiyi bildirilir.

The New York Times nəşrinin yazdığına görə, ABŞ ordusunun bölgədə topladığı hərbi güc 2003-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Ağ Evə ordunun həftə sonuna qədər hücuma tam hazır ola biləcəyi barədə məlumat verilib.

Axios və CBS News-un məlumatına görə, Pentaqon Cenevrədə İranla aparılan danışıqları “boşuna” hesab edir. ABŞ və İsrailin mümkün birgə hava zərbələrinə hazırlaşdığı iddia olunur. İranın nüvə proqramı ilə bağlı güzəştə getməsi üçün vaxtın məhdud olduğu vurğulanır.

Ağ Ev sözçüsü Karolin Levitt isə diplomatiyanın hələ də prioritet olduğunu desə də, Vaşinqtonda hərbi ssenarinin ciddi şəkildə müzakirə edildiyi bildirilir.

Hücumun vaxtı: Bəzi amillər həlledici ola bilər. Məlumatlara görə, mümkün əməliyyatın zamanlamasında üç əsas faktor nəzərə alınır:

Qış Olimpiya Oyunlarının başa çatması,

Ramazan ayının başlanması.

Bəzi mənbələrə görə, hücum qərarı bu tarixlərdən sonra verilə bilər.

İsrail tərəfi də ehtimal olunan müharibəyə qarşı hazırlıq səviyyəsini artırıb. İsrail ordusunda icazələrin ləğv oluna biləcəyi, əhaliyə erkən xəbərdarlıq sisteminin tətbiq ediləcəyi bildirilir. Hərbi ekspertlər mümkün müharibənin “indiyədək görünməmiş miqyasda” ola biləcəyini iddia edirlər.

Beynəlxalq müşahidəçilər isə xəbərdarlıq edir ki, belə bir hücum regionda genişmiqyaslı qarşıdurmaya və ağır nəticələrə səbəb ola bilər. ABŞ ilə İran arasında gərginlik pik həddə çatdığı bir vaxtda, son qərarın nə olacağı dünya ictimaiyyətinin diqqət mərkəzindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi