xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Kremldən İrəvana XƏBƏRDARLIQ: Avropa İttifaqını seçərsə…

5-02-2026, 12:22 3 dəfə baxılıb

Kremldən İrəvana XƏBƏRDARLIQ: Avropa İttifaqını seçərsə…


Avropa İttifaqına (Aİ) qoşulmaq qərarı Ermənistan xalqının seçimidir, lakin İrəvan iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilən Aİ-nin mahiyyətindəki dəyişiklikləri nəzərə almalıdır.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Əgər onlar nə vaxtsa rəsmi olaraq bu cür danışıqlara başlasalar, bu, uzun illər çəkəcək. Əlbəttə ki, Aİ özünün dinamikasına, nəyə çevrildiyinə baxmalıyıq. Əlbəttə ki, burada da bu gün Avropa Komissiyasından və Brüsseldən gələn bəyanatları izləməliyik. Bu bəyanatlar Aİ-nin iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilməsi ilə bağlıdır. Bunu da nəzərə almaq lazımdır. Avropa İttifaqının mahiyyəti gözümüzün qabağında dəyişir”, - o qeyd edib.
Overçuk daha sonra əlavə edib: “Ermənilər hazırda Rusiyaya qarşı çox aqressiv mövqedə olan hərbi-siyasi ittifaqa qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər də özlərinə bu sualı verməli olacaqlar".

Overçuk onu da qeyd edib ki, bu məsələ həm Moskvada, həm də İrəvanda çox müzakirə olunub. “Paşinyan bu barədə danışıb: hamı başa düşür ki, Ermənistan eyni vaxtda iki inteqrasiya birliyinin üzvü ola bilməz”, - Overçuk yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi