xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

“Ermənilər Rusiyaya qarşı yönəlmiş ittifaqa qoşulmağa hazırdırmı?”

5-02-2026, 10:37 1 dəfə baxılıb

“Ermənilər Rusiyaya qarşı yönəlmiş ittifaqa qoşulmağa hazırdırmı?”


“Avropa İttifaqı (Aİ) iqtisadi ittifaqdan hərbi-siyasi ittifaqa çevrilməkdədir... Ermənilər bu gün Rusiya Federasiyasına qarşı çox aqressiv şəkildə yönəlmiş hərbi-siyasi ittifaqa qoşulmağa hazırdırmı? Yəqin ki, bu sualı da ermənilər özlərinə verməlidirlər. İstənilən halda, bu və ya digər inteqrasiya birliyinin xeyrinə seçim həmişə erməni xalqının seçimidir”.

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun fikrincə, Avropa İttifaqına mümkün üzvlük haqqında qərar erməni xalqının seçimidir, lakin İrəvan iqtisadi ittifaqdan hərbi-siyasi ittifaqa çevrilməkdə olan Aİ-nin mahiyyətindəki dəyişiklikləri nəzərə almalıdır.

“Əgər onlar nə vaxtsa bu cür danışıqlara rəsmi olaraq başlasalar, bu proses çox uzun illər çəkəcək. Əlbəttə, Avropa İttifaqının özünün dinamikasına, nəyə çevrildiyinə baxmaq lazım olacaq. Burada, o cümlədən, bu gün Avropa Komissiyasında, Brüsseldə səsləndirilən bəyanatları dinləmək və izləmək lazımdır. Bu bəyanatlar Aİ-nin iqtisadi ittifaqdan hərbi-siyasi ittifaqa çevrildiyi ilə bağlıdır. Bunu da nəzərə almaq lazımdır. Avropa İttifaqının mahiyyəti gözlərimizin önündə dəyişir”, - o qeyd edib.

Rusiya Baş nazirinin müavini Ermənistanın eyni zamanda iki inteqrasiya birliyinin tərkibində ola bilməyəcəyini diqqətə çatdırıb.

“Aydındır ki, müəyyən məqamda müəyyən qərarlar qəbul etmək lazım olacaq. Bu barədə həm tərəfimizdən, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən danışılıb: hamı başa düşür ki, Ermənistan eyni zamanda iki inteqrasiya birliyinin tərkibində ola bilməz. Ona görə də əgər nə vaxtsa belə bir seçim ediləcəksə, bu gün Aİ-nin mahiyyətində baş verən dəyişiklikləri nəzərə alaraq, bu seçim kompleks xarakter daşıyacaq”, - Overçuk fikrini tamamlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi