xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Avropadan Tehrana sərt mesaj: “Rejimin saylı günləri qalıb”

29-01-2026, 11:18 9 dəfə baxılıb

Avropadan Tehrana sərt mesaj: “Rejimin saylı günləri qalıb”


“Öz xalqına qarşı zorakılıq və terror tətbiq edən bir rejimin hakimiyyətdə qalması mümkün deyil. Ona görə də bu rejimlər dəyişməlidir”.

Bunu Almaniya kansleri Fridrix Merz Berlində Rumıniyanın baş naziri İlie Bolojan ilə keçirilən görüşdən sonra deyib.
Merz İran rejiminin legitimliyini itirdiyini bildirib: “Belə rejimlərin günləri sayılıdır. Bu, həftələrlə çəkə bilər, amma son qaçılmazdır.”

Kanslerin sözlərinə görə, Almaniya və tərəfdaşları Tehrana qarşı təzyiqləri maksimum həddə çatdırmaq niyyətindədir. Merz etiraf edib ki, Avropa İttifaqı daxilində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasına hələ də müqavimət göstərən ölkələr var:

“Bu məni məyus edir. AB hələ ortaq qərara gələ bilmir.”

Kansler etirazlar zamanı minlərlə insanın ölümünü İran hakimiyyətinin iflası kimi dəyərləndirib:
“Bu, rejimin yalnız terror yolu ilə ayaqda qaldığını göstərir”.
Frandsa xarici işlər naziri Jan-Noel Barrot da bildirib ki, Paris də İran rejiminə qarşı mövqeyini sərtləşdirir.

O Fransanın SEPAH-ın Avropa İttifaqının “terror siyahısı”na salınmasını açıq şəkildə dəstəklədiyini bəyan edib.

Barrot açıqlamada Tehranın zorakılıq siyasətini kəskin tənqid edib:
“İran xalqının dinc etirazlarına qarşı göstərilən dözülməz zorakılıq cavabsız qalmayacaq”.
Nazir bildirib ki, İran xalqının kor-koranə zorakılığa qarşı göstərdiyi fövqəladə cəsarət Avropa tərəfindən cavabsız buraxılmayacaq:

“Sabah Brüsseldə bu vəhşiliklərə görə məsul olanlara qarşı sanksiyalarla bağlı qərar qəbul ediləcək.”

Açıqlamaya görə, sanksiyalar çərçivəsində məsul şəxslərin aktivləri dondurulacaq, AB ərazisinə girişləri qadağan ediləcək. Paris, eyni zamanda, İranda saxlanılan şəxslərin dərhal azad edilməsini tələb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi