xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

8-05-2025, 09:43 1 dəfə baxılıb

Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?


Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar blokundan Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merz qalib gəlib. Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 325 səsdən 316-nı toplaya bilib.O, ilk cəhddə 310 səs toplamışdı. Əslində bu, gözlənilən idi. F.Merz kanslerliyə əsas namizəd idi. O, keçmiş hakimiyyəti sərt tənqid edirdi. F.Merz hələ namizədlik dövründə demişdi ki, əgər hakimiyyətə gəlsə iqtisadi və miqrasiya siyasətində əsaslı dəyişikliklər edəcək. Onun nə qədər uğurlu olub -olmayacağını zaman göstərəcək.

Bəs onun seçilməsi digər ölkələrə necə təsir edəcək?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı siyasi ekspert Kənan Novruzov açıqlama verib:

"Yeni kanslerin işi heç də asan olmayacaq. Çünki Almaniya daxilində köklü problemlər var. Onların yaxın gələcək üçün birdəfəlik həlli demək olar mümkün deyil.

İkinci bir tərəfdən isə ölkənin xarici siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilmir. Bəzi regional məsələlərlə bağlı epizodik redaktələr edilə bilər. Amma bu dəyişikliklər ciddi nəticə ilə yadda qalmayacaq.

Məsələ burasındadır ki, bu gün dünyada çox ciddi geosiyasi proseslər gedir. Dünya nizamı yenidən formalaşır. Belə bir vəziyyətdə dünya dövlətlərinin ənənəvi siyasətlərindən imtina edib, ani manevr etmələri mövcud xaosu daha da dərinləşdirə bilmir. Odur ki, rəsmi Berlin buna getməyəcək. Və Avropanın güclü aktorlarından biri kimi ənənəvi siyasətini davam etdirəcək. Ümumiyyətlə, Almaniyanın xarici siyasətində ciddi dəyişiklik olmayacaq. Bu, Cənubi Qafqaz regionu ilə bağlı da belə olacaq".

O, qeyd edib ki, F.Merz təcrübəli siyasətçi olsa da, heç vaxt fərqlənməyib. Onun diqqət göstərdiyi əsas sahələrdən biri miqrasiya, o cümlədən qanunsuz miqrasiyaya qarşı mübarizədir. Bu məsələ Almaniyanın yeni iqtidarı dövründə, yəqin ki, prioritet olacaq. Dünya dövlətləri ilə münasibət isə aşağı-yuxarı olduğu kimi davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi