xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

İran XİN rəhbərindən qalmaqallı çıxış: Zelenskiyə “kloun” dedi

23-01-2026, 11:51 14 dəfə baxılıb



İranın xarici işlər naziri Abbas Araqçi Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı son dərəcə sərt və qalmaqallı bəyanatla çıxış edib.

Əraqçi Zelenskini ABŞ və Avropa vergiödəyicilərinin pullarını mənimsəməkdə, bu vəsaitləri isə “korrupsiyaya bulaşmış generalların ciblərinə yönəltməkdə” ittiham edib. Onun sözlərinə görə, Kiyev rəhbərliyi bütün bunları guya BMT Nizamnaməsinin pozulmasına qarşı mübarizə pərdəsi altında gizlədir.

İran XİN başçısı bildirib ki, Zelenski eyni zamanda açıq şəkildə ABŞ-ı İrana qarşı qanunsuz hərbi təcavüzə çağırır ki, bu da beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir.

“Dünya bu bəsit klounlardan bezib, cənab Zelenski. Xaricdən dəstəklənən və muzdlularla dolu ordunuzdan fərqli olaraq, biz – iranlılar – özümüzü müdafiə etməyi bacarırıq və yad qüvvələrdən kömək dilənməyə ehtiyac duymuruq”, – deyə Araqçi vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi