xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezident qəbul keçirdi - Foto 
  • 09:49 – Qardaşlığımızın möhürlənməsinin beşinci ili 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 

Avropa NATO-nu əvəz edən yeni hərbi ittifaq yaradır

19-01-2026, 10:30 5 dəfə baxılıb

Avropa NATO-nu əvəz edən yeni hərbi ittifaq yaradır


ABŞ-ın Qrelandiya məsələsinə yanaşmasında köklü bir dəyişiklik olmadığı təqdirdə, bu proses, çox güman ki, qlobal güc balansını alt-üst edəcək Qərbin köklü şəkildə yenidən qurulması ilə nəticələnəcək.

Bu barədə “politico” yazıb.

Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Trampın Qrelandiyanı ələ keçirməsinə mane olmağa çalışan hər kəsə cəzaverici tariflər tətəbiq etmək təhdidi Avropanın səbrini daşdırıb. “Avropa öz təhlükəsizlik ittifaqını yaratmağa hazırdır və Ukrayna bunda əhəmiyyətli rol oynaya bilər”, nəşr qeyd edib.

“Politico”nun yazdığına görə, Böyük Britaniya və Norveç kimi AB-dən kənarda olan Avropa dövlətləri də daxil olmaqla Amerikanın iştirakı olmadan yeni hərbi-siyasi ittifaq yaratmaq niyyətindədir.

"Britaniya baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, eləcə də Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Finlandiya Prezidenti Aleksandr Stubb və İtaliya baş naziri Meloni də daxil olmaqla liderlər müntəzəm olaraq bir-birlərinə belə bir mesaj ünvanlayırlar” – nəşr qeyd edib.

Nəşr hesab edir ki, NATO-nu əvəzləyəcək yeni hərbi-siyasi ittifaqda Ukrayna da yer ala bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi