xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

Avropa Ukraynanın ABŞ-dan aydın təhlükəsizlik zəmanəti almadan sülhə razılaşmağını istəmir

5-12-2025, 16:00 5 dəfə baxılıb

Avropa Ukraynanın ABŞ-dan aydın təhlükəsizlik zəmanəti almadan sülhə razılaşmağını istəmir


Avropa liderləri hesab edirlər ki, Ukrayna ABŞ-dan təhlükəsizlik zəmanəti almadan Rusiyanın tələbləri ilə razılaşmamalıdır.

Məlumatı The Wall Street Journal (WSJ) mənbələrə istinadən yayıb. Mənbələrə görə, bu məsələ Ukrayna prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də daxil olmaqla Avropa liderləri arasında 1 dekabrda telefon danışığı zamanı müzakirə olunub. Onlar Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində əsas rolun Vaşinqtona həvalə edilməsində israr ediblər. Avropa liderləri hesab edirlər ki, ABŞ "Rusiyanın tələbləri ilə razılaşmazdan əvvəl" bu məsələ ilə bağlı mövqeyini aydın şəkildə aydınlaşdırmalıdır.

Daha əvvəl Almaniyanın "Der Spiegel" jurnalı Avropa liderləri ilə keçirilən telekonfransdakı danışıqlardan parçalar dərc etmişdi. Həmin danışıqlarda liderlər Ukrayna danışıqlarında ABŞ və Amerika nümayəndə heyətini tənqid ediblər. Merz bildirib ki, Zelenski "yaxın günlərdə son dərəcə diqqətli olmalıdır". Makron isə ABŞ-ın "təhlükəsizlik zəmanətlərini dəqiqləşdirmədən ərazi məsələsində Ukraynaya xəyanət edəcəyi" ehtimalını irəli sürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi