xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Fransada pensiya islahatı donduruldu

15-10-2025, 09:30 3 dəfə baxılıb

Fransada pensiya islahatı donduruldu


Fransada pensiya islahatının həyata keçirilməsi 2027-ci ilin yazına planlaşdırılan yeni prezident seçkilərinə qədər dayandırılacaq.

"Bu barədə Fransanın Baş naziri Sebastyen Lekornyu Milli Assambleyada (parlamentin aşağı palatası) hökumətin ümumi siyasəti ilə bağlı bəyanat verərkən bildirib.

"Hökumət pensiya sistemimizin gələcəyi ilə bağlı yeni müzakirəyə hazırdırmı? Cavab "hə"dir. Ölkənin ən böyük sərvəti onun kollektiv şəkildə irəliləmək qabiliyyətidir. Ona görə də bu ilin payızında parlamentə 2023-cü il pensiya islahatını prezident seçkilərinə qədər dayandırmağı təklif edəcəyəm", - o deyib.

Hökumət başçısı bəyan edib ki, ölkə bir sıra ağır böhranlar yaşayır və dəyişməyənlər, köhnə reflekslər və mövqelərdən yapışanlar yox olacaq. Lekornyu əlavə edib ki, vəziyyət təcili tədbirlər görülməsini tələb edir və buna görə də o, prezidentin növbəti üç ay ərzində gələn ilin büdcəsini qəbul etmək üçün hökumət formalaşdırmaq göstərişini qəbul edib. "Bəziləri bu parlament böhranının rejim böhranına çevrilməsini istərdi. Amma bu, baş verməyəcək", - o vurğulayıb.

Lekornyu parlamentarilərə söz verib ki, Baş nazir olduğu müddətdə o, Fransa Konstitusiyasının 49-cu maddəsinin 3-cü bəndinə istinad etməyəcək və bu, hökumətə parlamentin razılığı olmadan qanunlar qəbul etməyə imkan verir. O, bunun sələflərinin siyasəti ilə müqayisədə "böyük uçurum" olduğunu bildirib və indi müxalifətin kabinetə avtomatik etimadsızlıq səsverməsi üçün heç bir əsasının olmadığını qeyd edib.

Baş nazir parlament üzvlərini gələn ilin büdcəsini birlikdə müzakirə etməyə çağırıb və söz verib ki, gələcəkdə hökumət qanun layihələri təklif edəcək, onları parlament üzvləri ilə müzakirə edəcək, lakin onları yalnız parlament qəbul edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi