xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

İsrail Qreta Tunberq və 70 tərəfdaşını deportasiya edəcək

6-10-2025, 10:49 3 dəfə baxılıb



Qəzzanın mühasirəsini yarmaq istəyən Sumud donanmasının 70-dən çox üzvü, o cümlədən isveçli fəal Qreta Tunberq bu gün İsraildən deportasiya ediləcək.

Məlumatı AFP diplomatik rəsmilərə istinadən yayıb.

Bildirilir ki, 9 isveçli, 28 fransız, 27 yunan və 15 italyan deportasiya ediləcək. Saxlanılanların əksəriyyətinin təyyarə ilə Yunanıstana aparılacağı gözlənilir.

Qeyd edək ki, müxtəlif ölkələrə məxsus 40-dan çox gəmidən ibarət “Sumud” donanması (ərəb dilində “dəyanət” mənasını verir) sentyabrın ortalarında Tunisdən Qəzzaya yola düşüb. Missiyanın məqsədi Zolağın blokadasını yarmaq və anklava humanitar yardım çatdırmaq olub.

İsrail hakimiyyəti dəfələrlə bəyan edib ki, onlar fəalların hərəkətlərini təxribat hesab edirlər və gəmilərin Qəzza sahillərinə yaxınlaşmasına imkan verməyəcəklər. Donanma sonda İsrail Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən tutulub və bütün fəallar - 400-dən çox adam saxlanılaraq İsrail sahillərinə gətirilib. Oktyabrın 3-də İsrail hakimiyyəti onları deportasiya etməyə başlayıb: üç gün ərzində ümumilikdə 170 fəal ölkədən çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi