xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Çip savaşı qızışır - Tayvan Vaşinqtonun yanında, Pekin hədəfdə

25-09-2025, 13:04 7 dəfə baxılıb



“Bloomberg” agentliyinin məlumatına görə, Tayvan Cənubi Afrika Respublikasına yarımkeçiriclərin ixracını dayandırıb. Tayvan yarımkeçirilərin müxtəlif ölkələrə ixracında ilk dəfə belə bir qərar verib. Tayvan hakimiyyəti bu qərarı Cənubi Afrika Respublikasının "milli və ictimai təhlükəsizliyimizi pozan" hərəkətləri ilə əlaqələndirib. Başqa sözlə Tayvanı narahat edən Cənubi Afrika Respublikasının Çinlə tərəfdaşlığı gücləndirməsidir.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Tayvan illərdir o ölkərə yarımkeçiricilərin ixracını həyata keçirir ki, həmin dövlətlər Çinlə münasibətlərdə məsafə saxlayırlar:

"Tayvan müxtəlif ölkələri qabaqcıl çiplərlə təchiz etməklə Çinin adanı ələ keçirməsinə qarşı qalxan kimi istifadə edib. Vaşinqton çip istehsalında eyni siyasətdən çıxış edir. Misal üçün Vaşinqton Niderland, Cənubi Koreya və Yaponiyaya təzyiq edib ki, bu ölkələr yarıçkeçiriclərin istehsalında Çinlə əməkdaşlıq etməsinlər".

Politoloq qeyd edib ki, Donald Tramp Prezident seçildikdən sonra Ağ Ev administrasiyası yerımkeçiricilərin istehsalına diqqəti artırıb:

"Tayvan Vaşinqtonun dəstəyini qazanmaq məqsədilə adanın ən böyük yarımkeçirici istehsalçısı olan TSMC şirkəti ABŞ-də beş yeni çip fabriki tikmək üçün 100 milyard dollar investisiya edəcəyini elan edib. Tayvan yarımkeçirici istehsalında dünya liderlərindəndir. Çiplər smartfonlardan avtomobillərə, hətta hərbi təyyarələrə qədər bir çox sahədə istifadə olunur. Donald Tramp mövzuyla bağlı çıxışlarının birində "biz ehtiyacımız olan çipləri və yarımkeçiriciləri öz ölkəmizdə istehsal etməliyik. Bu, milli təhlükəsizlik məsələsidir” ifadəsini işlədib. Tayvanın “TSMC” şirkəti ABŞ-dəki texnologiya şirkətlərinin əsas tədarükçüsüdür. Bu şirkət ABŞ-da çip istehsal edən zavodlar tikməklə 40 min yeni iş yeri açacaq".

Elxan Şahinoğlu sonda qeyd edib ki, bununla da Tramp iki məqsədinə çatacaq - həm Amerika çip istehsalında liderliyi ələ keçirəcək, həm də xeyli iş yeri açacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi