xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Paşinyan Ermənistan üçün yeni Konstitusiyadan DANIŞDI

23-09-2025, 13:52 6 dəfə baxılıb

Paşinyan Ermənistan üçün yeni Konstitusiyadan DANIŞDI


"Yeni Konstitusiyanın qəbulu bizə erməni demokratiyasında əsas problemi – məhkəmə hakimiyyətinin xalqdan ayrılmasını aradan qaldırmağa kömək edəcək".

Ermənistan KİV xəbər verir ki, bunu “Erməni Demokratiya Forumu” çərçivəsində keçirilən panel müzakirəsində baş nazir Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, hazırkı ədliyyə sistemində cəmiyyətlə “üzvi əlaqə” yoxdur. İzolyasiya şəraitində fəaliyyət göstərir. Bu da öz növbəsində ona olan inamı sarsıdır.

“Hakimiyyət xalqa məxsusdur və hər hansı hakimiyyət ondan irəli gəlməlidir. Bu gün ciddi sistematik problem görürəm. Ermənistanın məhkəmə hakimiyyəti xalqdan irəli gəlmir və tamamilə ondan uzaqdır”, – deyə Paşinyan bildirib.

Yeni Konstitusiya layihəsi çərçivəsində aparılan müzakirələrdə bu məsafəni aradan qaldırmalı ideyalar təklif olunur. “Təkliflərdən biri münsiflər məhkəməsi sisteminin tətbiqidir”, – deyə Baş nazir qeyd edib.

O vurğulayıb ki, bu problemi həll etmədən demokrasiyanın tam inkişafını təmin etmək mümkün deyil. Nikol Paşinyan qeyd edib ki, keçmişdə məhkəmə qərarları tez-tez xarici oyunçular tərəfindən diktə olunub və “hibrit mübarizə” çərçivəsində istifadə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi