xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Lukaşenkonun kəşfiyyat dəstəsi Avropada ifşa edildi - ŞOK DETALLAR

9-09-2025, 15:30 8 dəfə baxılıb



Rumıniya, Macarıstan və Çexiyanın xüsusi xidmət orqanları Avropa üzrə fəaliyyət göstərən Belarus kəşfiyyat şəbəkəsinin ifşa edildiyini açıqlayıb.

Bu barədə CNN məlumat yayıb.

Məlumata əsasən, Çexiyanın Təhlükəsizlik və İnformasiya Xidməti (BIS) bildirib ki, Avropa agentlərindən ibarət qrup bir neçə ölkədə Belarus KQB-sinin casuslarını aşkarlayıb.

Onların arasında Moldovanın keçmiş kəşfiyyat xidmətinin rəis müavini də olub. O, gizli məlumatları KQB-yə ötürürmüş.

Çexiya həmçinin diplomat adı altında fəaliyyət göstərən belaruslu agenti ölkədən çıxarıb. Ona Çexiyanı tərk etmək üçün 72 saat vaxt verilib. Agentlik qeyd edib ki, Belarus bu casus şəbəkəsini məhz diplomatlarının Avropada sərbəst hərəkət edə bilməsi hesabına yarada bilib.

Rumıniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə agentliyi (DIICOT) isə 47 yaşlı şəxsin dövlətə xəyanət ittihamı ilə həbs edildiyini açıqlayıb. Bildirilir ki, həmin şəxs əvvəllər Moldovanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətində rəhbər vəzifələr tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi