xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Almaniyada hərbi çağırış bərpa olunur – yeni Rusiya-Almaniya müharibəsinin işarəsidirmi?

29-08-2025, 15:30 7 dəfə baxılıb

Almaniyada hərbi çağırış bərpa olunur – yeni Rusiya-Almaniya müharibəsinin işarəsidirmi?


Almaniya hökuməti yeni hərbi çağırış qanununu təsdiqləyib. Sənədə əsasən, ölkədə bütün 18 yaşlı kişilər üçün məcburi qeydiyyat tətbiq ediləcək. Hazırkı mərhələdə xidmətə çağırış hələlik könüllülük əsasında olacaq.

Lakin kansler Fridrix Mersin rəhbərlik etdiyi partiya – CDU bu qanunun daha da sərtləşdirilməsinin tərəfdarıdır. Partiya rəhbərliyi tələb edir ki, layihə oktyabr ayında parlamentdə səsverməyə çıxarılmamışdan əvvəl ümumi hərbi mükəlləfiyyət bəndi mətnə daxil edilsin.

Ekspertlər qeyd edirlər ki, Almaniyada orduya çağırış sisteminin bərpası birbaşa Rusiya təhlükəsi ilə izah olunur. Berlin son aylarda Rusiyanın Avropaya yönəlik hərbi ritorikasını, hibrid hücumları və NATO sərhədlərinə yaxınlaşdırdığı qoşunları açıq təhdid kimi qiymətləndirir.

Bu addım Almaniya cəmiyyətində birmənalı qarşılanmayıb. Bir tərəf bunu “milli təhlükəsizlik üçün zəruri addım” adlandırırsa, digər tərəf “Almaniyanın yenidən hərbiləşdirilməsi”ndən ehtiyat edir. Xüsusilə də, Ukraynada davam edən müharibənin fonunda Berlinin belə bir qərarı “yeni Rusiya-Almaniya müharibəsi ssenarisinin başlanğıcı” kimi dəyərləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi