xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Avropa Ukraynada 40 kilometrlik bufer zonanın yaradılmasını müzakirə edir

29-08-2025, 12:41 3 dəfə baxılıb

Avropa Ukraynada 40 kilometrlik bufer zonanın yaradılmasını müzakirə edir


Avropalı diplomatlar və hərbi rəsmilər Ukrayna ilə Rusiya mövqeləri arasında 40 kilometrlik bufer zonanın yaradılmasını gündəmə gətiriblər.

Bu barədə “Politico” yazıb.

Məlumata görə, plan atəşkəsin təmin edilməsi variantlarından biri olaraq bufer zonada sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Lakin layihənin həyata keçirilməsi Kiyevdən ərazi güzəştləri tələb edir. Bu səbəbdən təşəbbüs mübahisəli sayılır, çünki Ukraynanın rəsmi mövqeyində ərazi güzəştləri ilə bağlı heç bir razılıq yoxdur.

“Politico” qeyd edir ki, ABŞ bu müzakirələrdə fəal iştirak etmir.

Keçmiş Pentaqon rəsmisi Cim Taunsend ideyanı sərt tənqid edib:
“Onlar saman çöpünə sarılırlar. Ruslar avropalılardan qorxmurlar. Əgər bir neçə müşahidəçinin işğalı dayandıra biləcəyini düşünürlərsə, yanılırlar”.

Bəzi Avropa rəsmiləri isə mümkün bufer zonanı Koreya yarımadasındakı demarkasiya xətti ilə deyil, Almaniyanın Soyuq Müharibə dövründəki bölgüsü ilə müqayisə edirlər.

Plana əsasən, zonada patrul xidməti aparmaq üçün 4 min – 60 min arasında hərbçi göndərilə bilər. Potensial iştirakçılar sırasında artıq müttəfiq dəstəyi üçün lobbiçilik edən Britaniya və Fransa da var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi