xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Putin Trampı RƏZİL ETDİ – Lavrovun dili ilə: “Zelenski ilə görüş Trampın FANTAZİYASIDIR!” – münasibətlər GƏRGİNLƏŞDİ!

21-08-2025, 14:22 2 dəfə baxılıb



Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gətirilən Putin–Zelenski görüşünü mümkünsüz adlandırıb.

Lavrov bildirib ki, avqustun sonunadək belə bir sammitin keçirilməsi ehtimalı sıfırdır, gələcəkdə də şanslar ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Onun sözlərinə görə, “bu sammit Trampın fantaziyasından başqa bir şey deyil. O, ya Putinin mövqeyini səhv anlayıb, ya da aldadılıb”.

Rusiya XİN rəhbəri əlavə edib ki, Putinlə Zelenskinin görüşü yalnız danışıqların yekun mərhələsində, bütün əsas məsələlər razılaşdırıldıqdan sonra mümkün ola bilər. Əks halda bu cür sammit təşkil etmək məntiqsizdir.

Xatırladaq ki, Tramp və müşavirləri dəfələrlə yaxın günlərdə Putin və Zelenskinin görüşünün keçirilə biləcəyini bəyan etmiş, hətta ev sahibi ölkə kimi İsveçrə və ya Macarıstanın nəzərdən keçirildiyi vurğulanmışdı.

Lavrovun açıqlaması indiyədək aparılan hazırlıqların və gözləntilərin üzərindən xətt çəkərək, Trampın təşəbbüsünə açıq-aşkar zərbə vurub.

Bu bəyanat həm ABŞ prezidentinə ünvanlanmış aşağılayıcı mesajdır, həm də sülh danışıqları ilə bağlı illüziyaların dağıdılmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi