xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Kiviryan: Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi

21-08-2025, 10:54 2 dəfə baxılıb

Kiviryan: Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi


Vaşinqton sammiti Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti, İrana problemlər yaradan, Rusiyanı isə regiondan sıxışdırıb çıxarmağa yönəlmiş növbəti addım oldu.

Bunu erməni politoloq Arqişti Kiviryan bildirib.

Onun sözlərinə görə, Paşinyan qarşıdan gələn seçkilərdə Vaşinqton anlaşmasından istifadə etmək imkanı qazanacaq.

"Paşinyan tez-tez Ermənistanın məğlubiyyətlərindən öz siyasi məqsədləri üçün yararlanmağı bacarır. İndi də eyni addımı atacaq", – Kiviryan qeyd edib.

Politoloq bildirib ki, Azərbaycan ABŞ-ın hərbi yardıma qoyduğu məhdudiyyətlərin götürülməsinə və ATƏT-in Minsk qrupunun ləğvinə nail olduğu kimi, gələcəkdə də Ermənistanda azərbaycanlıların məskunlaşmasına çalışacaq.

Zəngəzur dəhlizi məsələsinə toxunan Kiviryan deyib ki, əsas strateji məqsəd bu yolun Rusiyanın nəzarətində olmamasıdır.

Paşinyanın ermənilərin Qarabağa qayıtmasının mümkünsüzlüyü barədə fikirlərini şərh edən Kiviryan əlavə edib: "Paşinyan, eləcə də Serj Sarkisyan və Levon Ter-Petrosyan hesab edirlər ki, Qarabağ erməniləri heç bir halda geri qayıtmamalıdır. Çünki bu məsələ Rusiyanın bölgədə əsas təsir rıçaqlarından biri olub. Əgər ermənilər yenidən Qarabağa qayıdarsa, Moskva bundan regionda təsir aləti kimi istifadə edəcək. Qərb isə bu üç siyasi fiqura açıq şəkildə bildirib ki, Rusiyanın bölgədəki mövqelərini zəiflətmək üçün ermənilərin Qarabağa dönüşünə imkan verilməməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi