xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Tramp mətbuata qəzəbləndi:"Putinlə görüşdə uduzmadım, medianın özü xəstədir"

18-08-2025, 11:21 2 dəfə baxılıb



ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçirilən görüşdən sonra ölkə mediasını saxta xəbərlər yaymaqda ittiham edib. Prezident bu barədə özünün Truth Social hesabında yazıb.

Tramp bildirib ki, görüşü “ABŞ prezidentinin böyük məğlubiyyəti” kimi təqdim edən jurnalistlər həqiqəti təhrif edirlər:

“Feyk nyuz artıq üç gündür iddia edir ki, mən guya böyük məğlubiyyətə uğramışam və guya Putinə ABŞ-da böyük sammit keçirməyə icazə vermişəm. Halbuki Putin bundan daha çox başqa yerdə görüşmək istəyirdi. Bunu media da yaxşı bilir. Əgər sammiti başqa yerdə keçirsəydik, o zaman da eyni media bunun ‘dəhşətli qərar’ olduğunu deyəcəkdi. Bu insanlar xəstədir”, – deyə Tramp vurğulayıb.

Xatırladaq ki, Tramp və Putinin görüşü ətrafında ABŞ mediasında geniş müzakirələr gedir. Demokrat yönümlü mətbuat bu sammiti Vaşinqtonun Moskva qarşısında geri çəkilməsi kimi təqdim edir. Prezident isə bunun əksini deyərək, görüşün ABŞ üçün uğurlu keçdiyini iddia edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi