xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Tramp-Putin görüşü üçün Alyaskanın seçilməsinin ŞOK səbəbi

11-08-2025, 15:30 3 dəfə baxılıb



ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün baş tutacağı məkan məlum olub. “The New York Times”a istinadən xəbər verir ki, Ağ Ev hələlik görüşün dəqiq yerini təsdiqləməyib, lakin onun Alyaskanın ən böyük şəhəri Ankoricdə keçiriləcəyinə dair bəzi əlamətlər var.

Qəzetin yazdığına görə, Ankoricdə qısamüddətli kirayəlik rieltoru və Almaniyanın fəxri konsulu Larri Disbrou görüş üçün Gizli Xidmətə 6 otaqlı ev kirayə verdiyini bildirib: “Məxfi Xidmət bu səhər mənimlə əlaqə saxladı və boş yerim olub-olmadığını soruşdu. Mən onların istəklərinə uyğun yerlə bağlı razılaşdım”.

Eyni zamanda, Ankoric şəhərinin meri Suzanne LaFrance şənbə günü verdiyi müsahibədə şəhərinin Tramp və Putin arasında görüşə ev sahibliyi edib-etməyəcəyi ilə bağlı heç bir məlumat almadığını bildirib: "Bizim liderləri Alyaskada qəbul etmək tariximiz var. Diplomatiya məkanı kimi xidmət etmək bizim tariximizin bir hissəsidir, çünki biz dünyanın qovşağındayıq”.

Nəşr xatırladır ki, 2017-ci ildə vəzifəyə gəldikdən sonra Tramp ən azı beş dəfə Alyaskaya səfər edib, əsasən Ankoricdəki Elmendorf-Riçardson Birləşmiş Hərbi Bazasında qalıb. Putinlə görüş onun ikinci prezidentlik müddətinə başladıqdan sonra ştata ilk rəsmi səfəri olacaq. Ekspertlər hesab edirlər ki, sammitin keçiriləcəyi yer onun strateji əhəmiyyətinə və Rusiya sərhədlərinə yaxınlığına görə seçilib.

Ən əsası isə Alyaska Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil olmayan ABŞ ştatıdır ki, bu da Putinin həbs riskindən qaçmasına imkan verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi