xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Putin 90-cı illərdə istintaqdan qaçaraq BU ADAYA SIĞINIB – İLK DƏFƏ SENSASİON BİLGİLƏR YAYILDI

4-08-2025, 14:22 3 dəfə baxılıb



Cümə günü (1 avqust) Rusiya Prezidenti Vladimir Putin artıq ənənəyə çevrilmiş yay səfəri çərçivəsində Kareliyada yerləşən Ladoga gölündəki Valaam adasına gedib. Putin 2000-ci ildə prezident seçildikdən sonra demək olar ki, hər il bu monastırı ziyarət edir.

Media yazır ki, Putinin həm tez-tez Valaama səfər etməsi, həm də burada yerləşən Valaam Stavropiqial kişi monastırını mətbuat konfransları üçün məkan kimi seçməsi təsadüfi deyil. Məlumatlara görə, prezident hələ 90-cı illərdə bu adaya hüquq-mühafizə orqanlarının təzyiqlərindən yayınmaq üçün sığınıb və məhz burada dinin gücünü dərk edib.

Musavat.com xəbər verir ki, jurnalistlər Roman Badanin və Mixail Rubinin “Çar öz şəxsində” adlı kitabında Putinin Valaama ilk “qaçışı” barədə maraqlı detallar yer alıb.

Həmin detallardan bəzilərini təqdim edirik:

1996-cı ildə Sankt-Peterburq meri Anatoli Sobçak seçkiləri uduzduqdan sonra prokurorluq meriyanın fəaliyyətini araşdırmağa başlayır. Putin qanuni problemlərdən yayınmaq üçün bir neçə günlük Valaam adasına çəkilir.

Həmin vaxt adada yerləşən qədim pravoslav kişi monastırı viranə vəziyyətdə idi. Qocalar, müharibə veteranları və sürgün edilmiş ailələr burada monaxlarla birlikdə yaşayırdı.

Məhz həmin monastırda Putin dinin gücünü “kəşf edir” və bu məkanla mistik bir bağ qurur. Daha sonra prezident üçün burada ayrıca skit (kiçik monastır hücrəsi) inşa edilir.

Kitabda qeyd olunur ki, Putinə yaxın oliqarxlar adanın qarşı tərəfində – Laxtenpoxa bölgəsində geniş torpaq sahələri alıb. Hətta yeni tikilmiş kilsəyə şifahi şəkildə Vladimir və Lyudmila (Putin və keçmiş həyat yoldaşı) adı verilir.

Vəfat edən keşiş Mefoid (əsl adı Venko Petkov) Putinin sevimlisi idi. 2012-ci ildə monax prezidentin əlini öpməyə çalışmışdı – bu, pravoslav ənənəsinə zidd olsa da, Putin ona hörmətini saxlayırdı. Keşiş 2021-ci ildə vəfat etdikdə, Putin şəxsən məzarını ziyarət etmişdi.

Maraqlı bir detal da: Putinlə sıx əlaqədə olan və onun təhlükəsizliyini təmin edən şəxslərdən biri – Roman Tsepo 2004-cü ildə müəmmalı şəkildə zəhərlənərək ölüb. Onun ölüm səbəbi “şüalanma simptomlarına bənzəyən” ağır zəhərlənmə olub.

Bu hadisələrin fonunda Putin üçün Valaam sadəcə dini mərkəz deyil – keçmiş cinayət təqiblərindən sığındığı, mistik güc aldığı və mesaj verdiyi siyasi səhnədir.

Mənbə: https://www.agents.media/v-1990-h-vladimir-putin-veroyatno-bezhal-na-valaam-ot-ugolovnogo-rassledovaniya-s-teh-por-on-ezdit-v-etot-monastyr-kazhdyj-god-v-odno-i-to-zhe-vremya/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi