xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Netanyahunun vəkilini öldürmək istədilər: qətli sifariş edən... - ŞOK ADLAR

30-07-2025, 16:00 3 dəfə baxılıb



Fransa hüquq-mühafizə orqanları İsrailin Baş naziri Benyamin Netanyahunun vəkili Olivye Pardo ilə bağlı mümkün sui-qəsd planını araşdırmağa başlayıb.

Bu barədə Paris prokurorluğu məlumat yayıb və xəbər ilk olaraq “Frans Press” agentliyi tərəfindən ictimaiyyətə çatdırılıb.

Məlumata görə, bu iddia iyulun 16-da Seneqalda səfərdə olan keçmiş məhbus, polisə xəbərçilik edən Rudi Terranovanın etirafları ilə gündəmə gəlib. O bildirib ki, səfər zamanı "Hizbullah" nümayəndələri onunla əlaqə saxlayaraq, Pardonun aradan götürülməsi ilə bağlı tapşırıq verdiklərini söyləyiblər.

Terranova əlavə edib ki, vəkilin İsrailin baş naziri ilə yaxın əməkdaşlığı onu hədəfə çevirib. Olivye Pardo isə məsələyə münasibət bildirərək, istintaqın bu iddiaların doğru olub-olmadığını üzə çıxaracağını vurğulayıb.

Hadisə ilə bağlı araşdırma davam edir, Rudi Terranova isə iyulun 21-də aparılan istintaq çərçivəsində həbs olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi