xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Avropa Rusiyanı “ustufca soymağa” davam edir: Kreml neftini indi 15% ucuzuna satmağa məcburdur

14-07-2025, 15:30 3 dəfə baxılıb



Reuters-in xəbərinə görə, Avropa İttifaqı Rusiyanın neftindən gələn pulları daha da “çəkmək” üçün yeni plan qurub. Artıq Moskvanın qara qızılı üçün müəyyən edilən qiymət tavanı dünya bazarındakı son üç ayın orta qiymətindən 15% aşağı olacaq.

Putin nefti ucuzuna satmağa məcbur olacaq — həm də öz istəyi ilə yox, Avropanın göstərişi ilə. İndiki hesabla, bu qiymət tavanı cəmi 47 dollar/barrel təşkil edir. Yəni Rusiya büdcəsi üçün daha bir “qanaxma nöqtəsi”.

Üstəlik, Brüssel bu qiymət həddini hər altı aydan bir yenidən aşağı çəkə biləcəyini də rəsmiləşdirib. Yəni deyirlər ki, “ayı”nın qulağından tutmuşuq, vaxtı gələndə daha bərk çəkəcəyik.

Əslində, bu qərar Qərbin çoxdan planlaşdırdığı ssenaridir: Ukraynaya təcavüzün hesabını Kreml neftlə ödəyəcək, özü də istədiyi qiymətə yox, diktə olunana. Moskva istəsə də, istəməsə də, Avropa qaz və neft asılılığını sistemli şəkildə yoxa çıxarır və Putinin maliyyə arteriyalarını sıxır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi