xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

İsrail Rəfahda fələstinlilər üçün “humanitar şəhər” tikir

10-07-2025, 10:07 4 dəfə baxılıb

İsrail Rəfahda fələstinlilər üçün “humanitar şəhər” tikir


Almaniyanın "Spiegel" nəşrinin məlumatına görə, İsrail Misir sərhədinə yaxın yerləşən Rəfah şəhərinin dağıdılmış ərazilərində 600 min fələstinlinin yerləşdirilməsi üçün genişmiqyaslı “humanitar şəhər” inşa etməyi planlaşdırır. Rəsmi Tel-Əviv bu təşəbbüsü "təhlükəsizlik və humanitar ehtiyaclara cavab" kimi təqdim edir.

"Lakin beynəlxalq tənqidçilər və hüquq müdafiəçiləri bu layihəni ciddi sual altına alaraq, onu “məcburi düşərgə” və ya “müasir konslager” kimi xarakterizə edirlər. Planın detallarına əsasən, düşərgəyə yerləşdirilən şəxslərin oradan sərbəst şəkildə çıxış imkanı olmayacaq. Bu isə həm beynəlxalq hüquq, həm də insan haqları prinsipləri baxımından ciddi narahatlıq doğurur.

Məlumata görə, İsrailin müdafiə naziri düşərgənin tikintisinin 60 gün ərzində tamamlanacağını bildirib. Hüquqşünaslar və ekspertlər hesab edirlər ki, bu cür düşərgə fələstinlilərin daha da izolyasiyaya salınması və məcburi köçürülməsi ilə nəticələnə bilər.

Ekspertlərin fikrincə, bu addım İsrailin bölgədəki siyasətinə qarşı beynəlxalq səviyyədə artan tənqidlərin daha da güclənməsinə səbəb olacaq. Onlar həmçinin xəbərdarlıq edirlər ki, bu cəzasızlıq və sərt yanaşma İsrailin özü üçün də uzunmüddətli mənfi nəticələr doğura bilər.(Musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi