xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Tramp: Moskva ilə Pekini bombalayaram - CNN

9-07-2025, 11:44 3 dəfə baxılıb

Tramp: Moskva ilə Pekini bombalayaram - CNN


ABŞ prezidenti Donald Tramp 2024-cü ildə Nyu-York və Floridada keçirdiyi qapalı tədbirlərdən birində Rusiya Prezidenti Vladimir Putini Ukraynaya hücumdan çəkindirməyə çalışdığını deyib.

CNN-in əldə etdiyi audioyazılara istinadən yayımladığı məlumata görə, Tramp bildirib ki, Putinlə söhbətində onu açıq şəkildə hədələyib.

“Putinə dedim: ‘Əgər Ukraynaya girsən, Moskvanı bombalayaram. Mənim başqa yolum qalmayacaq’”, – deyə Tramp donorlarla bağlı qapalı toplantıda qeyd edib. Onun sözlərinə görə, Putin bu hədəyə tam inanmayıb, amma “azı 10 faiz inandı”.

Eyni tədbirdə Tramp bildirib ki, Çin lideri Si Cinpinlə də oxşar tonda danışıb. O, Si Cinpinə əgər Çin Tayvana hücum etsə, Pekini bombalayacağını deyib. “O, məni dəli hesab etdi. Amma biz heç vaxt problem yaşamadıq”, – Tramp əlavə edib.

Tramp bu fikirləri seçki kampaniyası çərçivəsində varlı sponsorların dəstəyini almaq məqsədilə keçirdiyi silsilə donor tədbirlərində səsləndirib. Həmin çıxışlarında o, sərt xarici siyasət ritorikasına toxunmaqla yanaşı, hökumət əleyhinə etirazlarda iştirak edən tələbələri ölkədən deportasiya edəcəyini və sosial yardım sistemini tənqid etdiyini də bildirib. Onun fikrincə, sosial təminat sistemindən yararlananlar daim demokratları dəstəkləyəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi