xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Moskva və 8 vilayətə KÜTLƏVİ ZƏRBƏLƏR, Trampdan Kremlə BOMBARDMAN hədəsi

9-07-2025, 11:00 5 dəfə baxılıb



Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə ölkə üzərində Ukraynanın 86 ədəd PUA-sını vurub. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kurskda 23, Bryanskda 16, Tulada 15, Belqorodda və Oryolda 12, Moskvada 6, Smolenskdə 2, Voronej və Ryazan vilayəti ərazisi üzərində isə 1 ədəd PUA vurulub.

ABŞ Prezidenti Donald Trampın Moskva və Pekini bombalamaqla təhdid etdiyinə dair səs yazısı yayılıb.

CNN xəbər verir ki, səs yazısının Trampın prezidentlik kampaniyasına dəstək verən maliyyəçilər tərəfindən yayıldığı bildirilir. Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışığında onu Ukraynaya hücumdan çəkindirməyə çalışdığını bildirir, əks təqdirdə Moskvanı bombalayacağını deyir: “O (Putin), mənə dedi ki, “sənə inanmıram”. Məncə, o, həqiqətən də, mənə inanmadı”.

ABŞ lideri Çin Xalq Respublikasının Sədri Si Cinpini də Tayvana hücumdan çəkindirməklə bağlı xəbərdar etdiyini vurğulayır.

“Ona (Si Cinpin) dedim ki, Tayvana hücum etsən, Pekini bombalayacağam. O da mənə inanmadı. Onlar, sadəcə, mənim sözlərimin 10%-nə inandılar. Amma bizim problemimiz olmadı”, - Tramp səs yazısında vurğulayır.
CNN-in verdiyi xəbərdə səs yazısının 2024-cü ilə aid olduğu bildirilir. Tramp administrasiyası yayılmış səs yazısına hələ ki münasibət bildirməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi