xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Tramp CNN və “New York Times”a "yalançı" dedi

25-06-2025, 11:05 6 dəfə baxılıb

Tramp CNN və “New York Times”a "yalançı" dedi


CNN və “New York Times” ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun Tehranın nüvə silahı istehsal etmək qabiliyyətinə tam mane olmadığını iddia edib.

“star” qəzeti xəbər verir ki, sözügedən iddialar ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib. O, CNN və “New York Times”ı yalançılıqda ittiham edib. Bu barədə Tramp “Truth Social” hesabında yazıb:

“Saxta xəbər kanalı CNN, uğursuz New York Times ilə birlikdə tarixin ən uğurlu hərbi hücumlarından birini təsirsiz göstərmək üçün birləşib. İrandakı nüvə obyektinin tamamilə dağıdılıb. Həm NY Times, həm də CNN ictimaiyyət tərəfindən sərt şəkildə tənqid olunur”,- deyə ABŞ lideri qeyd edib.

Qeyd edək ki, ABŞ-nin B-2 bombardmançı təyyarələri və sualtı qayıqlarının İranın üç nüvə obyektinə zərbələr edib. Hücumlardan sonra Tramp müxtəlif platformalarda Tehranın nüvə potensialının tamamilə məhv edildiyini açıqlayıb.

Ölkədəki bəzi KİV-lər isə bunun doğru olmadığını, sadəcə İranın nüvə işini bir neçə ay geri saldığını yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi