xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Putin Ərdoğana təşəkkür edib

19-06-2025, 12:41 3 dəfə baxılıb

Putin Ərdoğana təşəkkür edib


Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərdiyi səylərə görə təşəkkür edib.

2022-ci ildə İstanbulda Ukrayna ilə danışıqlar apardıqlarını xatırladan Putinin sözlərinə görə, prezident Ərdoğanın səyləri nəticəsində 2022-ci ildə Ukrayna ilə razılaşma hazırlandı. “Sonra qərblilər dedilər ki, Rusiya meydanda məğlub olmalıdır. Hər şeyi atıb bu hədəfi hədəflədilər. İndi vəziyyət dəyişdi".

Putin əlavə edib ki, İstanbulda aparılan danışıqların nəticəsidir ki, humanitar sahədə uğurlar əldə edilib: "Buna görə Prezident Ərdoğana təşəkkür edirik".

Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduqlarını qeyd edən Putin bildirib ki, bu danışıqların nəticəsi olaraq 1200 əsir əsgərin dəyişdirilməsinə razılaşdıq: “Onlardan 500-ünü verdik, 400 əsgərimizi aldıq. 6000-dən çox əsgərin cəsədini təhvil verdik. Bu, daha 3000 cəsəd verməyə hazırıq. Bu faciəvi bir rəqəmdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi