xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Tramp "qiyamət təyyarəsi"nə niyə mindi? - Ciddilik təsdiqlənir

19-06-2025, 10:03 3 dəfə baxılıb

Tramp "qiyamət təyyarəsi"nə niyə mindi? - Ciddilik təsdiqlənir


Tramp İranla hərbi münaqişəyə qarışmaq istəmədiyini, lakin İran məsələsində hələlik yekun qərar vermədiyini bildirib.

ABŞ prezidenti əlavə edib ki, İranın nüvə silahına malik olmasına “həftələr qalıb” və bir daha onlardan imtina edilməsini tələb edib. Tramp həmçinin İslam Respublikasında hakimiyyət dəyişikliyini istisna etməyib və “hər şeyin” ola biləcəyini deyib.

Bundan əvvəl KİV Amerikanın “qiyamət günü” təyyarəsinin Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına eniş etdiyini yazıb. Strateji əhəmiyyətli "Boeing E-4B Nightwatch" 11 sentyabr 2001-ci il terror aktlarından sonra ilk dəfə havaya qalxıb. Bu təyyarə ABŞ-nin yüksək səviyyəli rəsmiləri üçün komanda məntəqəsidir, nüvə partlayışına tab gətirə bilir və yanacaq doldurma sayəsində bir həftə havada qala bilir. Ekspertlərin və analitiklərin fikrincə, bu təyyarənin peyda olması, Yaxın Şərqdə böhranın ciddiliyini təsdiqləyir və yaxın 48 saat həlledici ola bilər.

Qeyd edək ki, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın mart ayında verdiyi məlumata görə, kəşfiyyat xidmətlərində İranın nüvə silahı yaratmaq proqramını bərpa etdiyinə dair məlumat yoxdur. Üstəlik, kəşfiyyat məlumatlarına görə, İranın ali lideri Ayətullah Əli Xamenei 2003-cü ildə dayandırılandan bəri belə bir layihənin həyata keçirilməsinə icazə verməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi