xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Putin: Bu məsələ Prezident İlham Əliyev tərəfindən qaldırılıb

19-06-2025, 09:56 1 dəfə baxılıb

Putin: Bu məsələ Prezident İlham Əliyev tərəfindən qaldırılıb


İyunun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ənənəvi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb.

TASS tərəfindən təşkil olunan görüşdə 13 ölkənin informasiya agentliklərinin rəhbərləri, o cümlədən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin Xəzərin dayazlaşması ilə bağlı sualını cavablandıran Prezident Vladimir Putin qeyd edib ki, Rusiya və Azərbaycan hökumətləri bu problemin həlli üzrə birgə iş aparır.

Rusiya dövlətinin başçısı deyib: “Xəzərin dayazlaşması ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qaldırılıb və mən dərhal onu dəstəkləmişəm. Çünki sözsüz ki, problem çox böyük, hətta deyərdim, qlobal xarakter daşıyır. Aral dənizi və digərləri ilə bağlı faciəvi nümunələr bizə məlumdur. Vaxtında razılaşdırılmış tədbirlər görülməlidir. Hökumətə lazımi tapşırıqlar verilib. Bilirəm ki, Rusiya Hökuməti Azərbaycan Hökuməti ilə birlikdə bu istiqamətdə çalışır və variantlar axtarılır. Burada başlıcası odur ki, heç bir sıçrayışsız, israrla, amma daimi əsasda fəaliyyət göstərək”.

Vladimir Putin vurğulayıb ki, Xəzərdə suyun səviyyəsinin azalmasının səbəblərini axtarmaq və geridönməz proseslərin qarşısını almaq üçün bütün tədbirləri görmək lazımdır.

İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan Rusiya Prezidenti bildirib ki, keçən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 7 faiz artıb və bu, yaxşı göstəricidir.

“Bizim Şimal-Cənub və bir neçə digər mühüm istiqamət - logistika, istehsal sahəsi, gəmiqayırma üzrə yaxşı layihələrimiz var. Biz Bakı gəmiqayırma zavoduna sifarişlərimizi artırmağa hazırıq. Orada yaxşı perspektivləri olan çoxlu layihələr var. Ümidvaram ki, biz bunların hamısını həyata keçirəcəyik”, - deyə Rusiya dövlətinin başçısı vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi