xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

SON DƏQİQƏ! Raketlər tükənir - Ölkə TƏHLÜKƏ ALTINDA - ŞOK

18-06-2025, 14:22 4 dəfə baxılıb



İsrailin uzaqmənzilli ballistik raketlərə qarşı istifadə etdiyi Arrow müdafiə raketləri sürətlə tükənir.

ABŞ rəsmisi The Wall Street Journal-a bildirib ki, İranla müharibə uzanarsa, tükənmiş ehtiyatlar İsraili təhlükə altına qoya bilər.

Rəsmi qeyd edib ki, ABŞ aylardır problemdən xəbərdar olub və İsrailin quru, dəniz və hava hücumundan müdafiəsini gücləndirib.

İyun ayında hərbi əməliyyatlar şiddətləndiyi üçün Pentaqon bölgəyə daha çox raketdən müdafiə sistemi göndərib. Amma indi Vaşinqton da öz ehtiyatlarının tükənməsindən narahatdır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Raketdən Müdafiə Layihəsinin direktoru Tom Karako isə deyib: "Nə ABŞ, nə də İsrail davamlı olaraq gecə-gündüz raketləri məhv edə bilər. İsrail və müttəfiqləri cəld hərəkət etməlidirlər. Biz belə davam edə bilmərik".

Arrow raketlərini istehsal edən Israel Aerospace Industries şirkəti şərh verməkdən imtina edib. İsrail Müdafiə Qüvvələrinin yaydığı açıqlamada isə qeyd olunur, İsrail ordusu bütün ssenarilərə hazırdır: "Bununla belə, sursatla bağlı məsələlərə münasibət bildirə bilmərik".

ABŞ rəsmiləri bildiriblər ki, İsrailin müdafiə qabiliyyətinin pisləşməsi təkcə İsrail üçün deyil, həm də regiondakı ABŞ qüvvələri üçün risk yaradır.

Arrow sistemi İsrailin çoxqatlı raketdən müdafiə şəbəkəsinin ən mühüm elementlərindən biri kimi tanınır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi