xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Zelenski Kanadaya səfərini yarımçıq qoydu: Ukrayna yalnız qalır?

18-06-2025, 12:26 4 dəfə baxılıb

Zelenski Kanadaya səfərini yarımçıq qoydu: Ukrayna yalnız qalır?


G7 sammitinin nəticələrinə etirqaz edən Ukrayna prezidenti Volodimir Zelenski Kanada səfərini, mətbuat konfransını və planlaşdırılan bir sıra görüşlərdə iştirakdan imtina edib.

Ukrayna nümayəndə heyətinin mənbələri qeyd edir ki, prezident iyunun 17-nə keçən gecə Kiyevin ölümcül atəşə tutulmasından və ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı G7 sammitini tərk edəndən sonra Kanadaya səfərini yarımçıq qoyur.

Bildirilib ki, Zelenski Kananaskis danışıqları başa çatdıqdan sonra Ukraynaya qayıdacaq. O, Kalqari üçün planlaşdırılan mətbuat konfransını ləğv edib.

Qeyd edək ki, G7 sammiti ABŞ-ın mövqeyinə görə Ukraynadakı müharibə ilə bağlı birgə bəyanat imzalamadan bitib. G7 liderindən altısı Rusiya ilə bağlı sərt ifadəni dəstəkləməyə hazır idi, lakin ABŞ bu sənədin mümkün sülh danışıqlarına mənfi təsir edəcəyindən ehtiyat edərək mətni yumşaltmaqda israr edib.

Onu da xatırladaq ki, G7 sammiti çərçivəsində Zelenskini ABŞ prezidenti Donald Trampla görüşü planlaşdırılsa da, bu görüş baş tutmayıb. Amerika lideri Yaxın Şərqdə baş verən hadisələri bəhanə edərək sammiti tərk edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi