xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

ABŞ kəşfiyyatı Rusiyanın itkilərini AÇIQLADI - Nüvə triadasına BÖYÜK ZƏRBƏ

5-06-2025, 15:30 7 dəfə baxılıb



Amerika kəşfiyyatının məlumatına görə, iyunun 1-də Ukraynanın Rusiya hərbi aerodromlarına endirdiyi hava zərbələri nəticəsində 20 təyyarə sıradan çıxarılıb.

Bu barədə "Reuters" agentliyi amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarələrdən təxminən 10-u tamamilə məhv edilib, digərləri isə zədələnib.

Qeyd edək ki, açıqlanan rəqəm Ukrayna prezidenti Volodimir Zelenskinin verdiyi məlumatdan aşağıdır. Belə ki, Zelenski hücum zamanı 41 hərbi təyyarənin zədələndiyini, onlardan yarısının isə bərpaolunmaz olduğunu bildirib.

"Reuters"in mənbələri bu əməliyyatın əhəmiyyətini vurğulayıblar. Onlardan biri ehtimal edib ki, nəticədə Rusiya atəşkəs danışıqlarında mövqeyini daha da sərtləşdirəcək.

Agentlik yazır ki, Ukrayna pilotsuz uçuş aparatlarının hücumundan sonra çəkilmiş peyk görüntülərində Rusiya tərəfindən Ukraynaya raket zərbələri endirmək üçün istifadə olunan "Tu-95" və "Tu-22" bombardmançı təyyarələrinin zədələndiyi görünür.

Amerikalı rəsmilər bildiriblər ki, ABŞ Ukraynadan bu hücumlarla bağlı əvvəlcədən heç bir məlumat almayıb. ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq çərşənbə axşamı verdiyi televiziya müsahibəsində xəbərdarlıq edib ki, "Hörümçək toru" adlı əməliyyat münaqişənin eskalasiyası riskini kəskin artırıb. Çünki Ukrayna Rusiyanın "nüvə triadasının" dayaqlarından birinə zərbə endirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi