xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır

16-05-2025, 10:50 4 dəfə baxılıb



Keçmiş Federal Təhqiqat Bürosu (FBI - FTB) rəhbəri Ceyms Kominin paylaşımı ABŞ-də rezonans doğurub.

Onun instaqram profilində rəqəmlərlə bağlı post yerləşdirməsi, Prezident Donald Trampa təhdid mesajı kimi yozulub.

Belə ki, C.Komi dəniz sahilində olan daşlarla "8647" yazılmasını əks etdirən fotonu və "Sahildə gəzərkən balıqqulaqlarının qeyri-adi formalaşması ilə qarşılaşdım" qeydini paylaşıb.

“86” rəqəmi bəzən qətlə çağırış kimi şərh edilir, “47” isə Trampı ABŞ-nin 47-ci prezidenti kimi göstərə bilər.

Məxfi Xidmət araşdırmaya başlayıb.

"Prezident Tramp hazırda Yaxın Şərqə beynəlxalq səfərdə olarkən, keçmiş FTB direktoru açıq-aydın ABŞ-nin vəzifədə olan prezidentinə "hücum" kimi təfsir oluna biləcək bir şeyi açıqladı - qumda qoyulmuş mesaj", - Ağ Ev Aparat rəhbərinin müavini Taylor Budoviç yazıb.

Kiçik Donald Tramp bildirib: "Sadəcə Ceyms Komi təsadüfən atamın öldürülməsinə çağırış edir."

Daxili Təhlükəsizlik katibi Kristi Noem əlavə etdi: “Keçmiş FTB direktoru Ceyms Komi indicə prezidentin öldürülməsinə çağırış edib".

Bununla bağlı nüfuzlu şəxslərin paylaşımları olub.

Komi isə daha sonra bu paylaşımı silib və belə izah edib: “Mənim şəklimin zorakılığa çağırış kimi qəbul ediləcəyi heç ağlıma da gəlməzdi”.

Paylaşımına görə "Trampı öldürəcəklər" dedilər - Kəşfiyyat keçmiş rəhbəri araşdırır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi